EN

Tramp Putinə zəng vurdu –İran müharibəsi müzakirə edildi

Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıb.

Azpost.info bildirir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov açıqlama verib.

“Tramp mövcud beynəlxalq vəziyyəti müzakirə etmək üçün Putinə zəng edib. Putin İran münaqişəsinin həlli ilə bağlı fikirlərini, o cümlədən Körfəz liderləri ilə söhbətlərinin nəticələrini Trampla bölüşüb. Söhbət təxminən bir saat davam edib. Tramp qeyd edib ki, ünsiyyət müntəzəm olmalıdır”, – Uşakov deyib.

AzPost.az

Chosen
40
azpost.info

1Sources