EN

ABŞ da inflyasiya gözləntiləri 3 faizə düşüb

Banco.az saytından alınan məlumata görə, ain.az bildirir.

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da inflyasiya gözləntiləri 3 faizə düşüb.

Banco.az xəbər verir ki, ABŞ Mərkəzi Bankının (Fed) Nyu-York bölməsi fevral ayına dair İstehlakçı Gözləntiləri Sorğusunun nəticələrini açıqlayıb.

Təxminən 1300 ev təsərrüfatının iştirakı ilə keçirilən sorğunun nəticələrinə görə, növbəti 12 ayı əhatə edən qısa müddətli median inflyasiya gözləntisi əvvəlki ayla müqayisədə 0,1 faiz bəndi azalaraq 3 faizə enib. Beləliklə, bu göstərici son səkkiz ayın ən aşağı səviyyəsinə düşüb.

İstehlakçılar ərzaq qiymətləri üzrə gözləntilərini 0,4 faiz bəndi azalaraq 5,3 faizə, səhiyyə xidmətləri üzrə 0,1 faiz bəndi azalaraq 9,7 faizə, kirayə haqları üzrə isə 0,9 faiz bəndi azalaraq 5,9 faizə endiriblər.

Digər tərəfdən, bir il sonrakı dövr üçün median qiymət dəyişimi gözləntiləri benzində 1,3 faiz bəndi artaraq 4,1 faizə, universitet təhsili xərclərində isə 0,1 faiz bəndi artaraq 9,1 faizə yüksəlib. Üç və beş il sonrakı dövr üzrə inflyasiya gözləntiləri isə 3 faiz səviyyəsində sabit qalıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
36
1
banco.az

2Sources