EN

Putin: Avropa ilə enerji sahəsində yenidən əməkdaşlıq edə bilərik

Putin: Avropa ilə enerji sahəsində yenidən əməkdaşlıq edə bilərik

Rusiya Prezidenti Vladimir Putin Hörmüz boğazının bağlanması səbəbindən bölgədəki neft hasilatının tamamilə dayana biləcəyini qeyd edərək, Avropa ilə enerji sahəsində yenidən işləməyə hazır olduqlarını bildirib.

AFN.az xəbər verir ki, dövlət başçısı paytaxt Moskvada Rusiya hökumət rəsmiləri ilə enerji sektorundakı mövcud vəziyyətlə bağlı keçirilən iclasda mühüm bəyanatlarla çıxış edib.

Yaxın Şərqdə baş verən hadisələr fonunda neft qiymətlərinin bir həftə ərzində 30 faiz artdığına diqqət çəkən Putin, xammal qiymətlərindəki bu kəskin yüksəlişin müvəqqəti xarakter daşıdığını və Rusiya şirkətlərinin yaranmış bu fürsətdən maksimum yararlanmalı olduqlarını vurğulayıb. Avropanın Rusiya təbii qazından tamamilə imtina etməyi planlaşdırdığını xatırladan Rusiya lideri, lazım gələrsə Rusiyanın da tədarükü daha erkən dayandıra biləcəyini qeyd edib.

Eyni zamanda, o, Hörmüz boğazındakı gərginliyin qlobal tədarük zəncirinə təsirindən bəhs edərək, bu marşrutdan asılı olan neft hasilatının gələn ay tamamilə dayana biləcəyi barədə xəbərdarlıq edib. Rusiyanın etibarlı tərəfdaşlarla enerji ixracını davam etdirdiyini deyən Putin, Avropa şirkətlərinin uzunmüddətli, dayanıqlı və siyasi konyunkturadan asılı olmayan bir tərəfdaşlıq təklif edəcəyi təqdirdə onlarla yenidən çalışmağa hazır olduqlarını ifadə edib. Lakin Prezident bu cür birgə fəaliyyətin bərpası üçün ilk növbədə Avropadan müvafiq "siqnal" gəlməli olduğunu xüsusilə qeyd edib.

Chosen
92
afn.az

1Sources