EN

Gəncədə qəzada xəsarət alanların sayı 11-ə çatdı

Gəncə şəhərində baş verən ağır yol-nəqliyyat hadisəsində 11 nəfər xəsarət alıb.

Bizim.Media  xəbər verir ki, Şah İsmayıl Xətai prospektində VAZ-2110 və "Great Wall" markalı avtomobillər toqquşub.
 

Hadisə nəticəsində 2007-ci il təvəllüdlü İsgəndər Yusifov, 2009-cu il təvəllüdlü Əli Bağırov, 1975-ci il təvəllüdlü Anar Musazadə, 2009-cu il təvəllüdlü Ə.Bağırov, 2007-ci il təvəllüdlü İ.Yusibov, 1975-ci il təvəllüdlü A.Musazadə, 2009-cu il təvəllüdlü N.Musazadə, 2006-cı il təvəllüdlü A.Rəhimov, 2011-ci il təvəllüdlü A.Musazadə və 1977-ci il təvəllüdlü V.Həsənova və 2009-cu il təvəllüdlü Nərmin Musazadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.


Yaralılar xəstəxanaya çatdırılıblar, vəziyyətləri kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır. (Report.az)

Bizim.Media

Chosen
80
15
bizim.media

10Sources