EN

Təl-Əvivə raket zərbələri: Şəhər mərkəzində güclü partlayışlar

İranın raket hücumları nəticəsində İsrailin paytaxtı Təl-Əvivə yeni zərbələr endirildiyi bildirilir.

Musavat.com xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə şəhər sakinlərinin çəkdiyi kadrlarda raketin şəhərin mərkəzinə düşdüyü və güclü partlayışın baş verdiyi anlar əks olunub.

Kadrlardan görünür ki, zərbədən sonra şəhərin mərkəz hissəsində böyük tüstü buludu qalxır. Hadisə zamanı ətraf ərazilərdə güclü səs və dağıntıların yarandığı bildirilir.

Məlumatlara görə, İran və İsrail arasında davam edən hərbi qarşıdurma fonunda hər iki ölkənin paytaxtı ardıcıl hücumlara məruz qalır. Son günlər Tehrana və Təl-Əvivə qarşı qarşılıqlı zərbələrin intensivliyi artıb.

Musavat.com

Chosen
26
1
musavat.com

2Sources