“Hazırlıq yüksək səviyyədə keçir”. 

Bu sözləri Offsideplus.az saytına açıqlamasında azərbaycanlı MMA döyüşçü Asəf Çopurov deyib.

24 yaşlı idmançı “UAE Warriors” turnirində keçirəcəyi növbəti döyüş haqqında danışıb:

“Kəməri qorumaq istəyirik. Hazırda əsas niyyətimiz budur və hazırıqlar da buna uyğun aparılır. Bizi yaxın zamanda yaxşı xəbərlər gözləyir. Dayanmadan hərəkət edirik, işləyirik. Ümid edirəm ki, hər şey yaxşı olacaq”.

Qeyd edək ki, Çopurovun rəqibi Avstraliya təmsilçisi Riis Maklarendir. Döyüş martın 28-də baş tutacaq.