EN

Paşinyan Aİ-nin Yaxın Şərq ölkələrinin liderləri ilə videokonfransında iştirak edib - YENİLƏNİB

Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa İttifaqı Şurasının sədri Antonio Koşta və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen tərəfindən təşkil edilən onlayn görüşdə iştirak edib.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, görüş zamanı regionun bir sıra ölkələrinin liderləri Yaxın Şərqdəki vəziyyəti və regional eskalasiyanın azaldılmasının mümkün yollarını müzakirə ediblər.

Müzakirə iştirakçıları mövcud vəziyyət və onun həll yolları barədə fikir mübadiləsi aparıb, diplomatik səylərin fəallaşdırılmasının vacibliyini vurğulayıblar.

Paşinyan öz çıxışında qeyd edib ki, Ermənistan, xüsusən də bir sıra dost və tərəfdaş dövlətlərin bu vəziyyətə cəlb olunduğunu nəzərə alaraq, regionda baş verən prosesləri narahatlıqla izləyir.

Ermənistanın Baş naziri böhranın tezliklə həll edilməsinin zəruriliyini qeyd edərək, gərginliyin azaldılması və vəziyyətin sabitləşdirilməsi istiqamətində diplomatik səylərin vacibliyini vurğulayıb. Paşinyan Ermənistanın sülh və sabitliyin bərqərar olmasına yönəlmiş bütün konstruktiv təşəbbüsləri dəstəkləməyə hazır olduğunu təsdiqləyib.

Ermənistanın Baş naziri Nikol Paşinyan İran ətrafındakı vəziyyəti və münaqişənin həlli yollarını müzakirə etmək üçün Avropa İttifaqı (Aİ) Şurasının və Avropa Komissiyasının prezidentləri Antonio Kosta və Ursula fon der Lyayenin Yaxın Şərq ölkələrinin liderləri ilə keçirəcəyi videokonfransa qoşulacaq.

Bu barədə "Report"un Avropa bürosu Aİ Şurasına istinadən xəbər verir.

Avropa diplomatiyasının rəhbəri Kaya Kallas da videokonfransa qoşulacaq.

Müzakirə iştirakçıları arasında İordaniya kralı II Abdullah, Misir Prezidenti Əbdülfəttah əs-Sisi, Bəhreyn vəliəhdi və Baş naziri Salman bin Həməd Al Xəlifə, Livan Prezidenti Jozef Aun, Suriya Prezidenti Əhməd Əş-Şaraa, Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, İraqın Baş naziri Məhəmməd əl-Sudani, Qətərin Baş naziri Məhəmməd əl-Tani, Küveytin Baş naziri şeyx Əhməd Abdullah əl-Əhməd əs-Sabah, BƏƏ Baş nazirinin müavini və daxili işlər naziri şeyx Saif bin Zayed əl-Nəhyan, Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl əs-Səud və Omanın xarici işlər naziri Səyyid Bədr Əl-Busaidi olacaq.

Chosen
63
1
far.az

2Sources