EN

"Mançester Siti" ilə oyunu buraxacaq

style='margin-bottom:10px;'>

"Real"ın gənc müdafiəçisi Alvaro Karreras Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində keçiriləcək "Mançester Siti" ilə qarşılaşmanı buraxmalı olacaq.

QOL.az xəbər verir ki, bu barədə "kral klubu" məlumat yayıb. Bu gün tibbi müayinədən keçən 22 yaşlı futbolçunun sağ ayağının baldır əzələsində zədə aşkar olunub. Həkimlər onun qarşıdakı vacib oyunda meydana çıxmasını qəti şəkildə qadağan ediblər. Karrerasın yaşıl meydanlara tam olaraq nə vaxt qayıdacağı hələlik məlum deyil.

Cari mövsümdə klubun heyətində 34 matça çıxan və 2 qol, 2 məhsuldar ötürmə ilə yadda qalan müdafiəçinin sıradan çıxması Madrid təmsilçisi üçün vəziyyəti daha da çətinləşdirib. Belə ki, "Real"ın heyətində ciddi problemlər yaranıb. Kilian Mbappe, Rodriqo Qoes, Eduardu Kamavinqa və Cud Bellinqem kimi əsas heyət oyunçularının da "şəhərlilər"lə matçı qaçırmaq riski var.

Xatırladaq ki, "Real"ın Çempionlar Liqasındakı taleyini həll edəcək bu qarşılaşma martın 11-i keçiriləcək.

Chosen
13
1
teleqraf.com

2Sources