EN

Ramazan ayının 20-ci günü: imsak və iftar vaxtları

Sabah Ramazan ayının 20-ci günüdür.

Qaziler.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, martın 10-da Bakıda imsak saat 05:35-də, iftar isə saat 18:56-dadır.

Ramazan ayının 20-ci gününün duası:

"Allahumməftəh li fihi əbvabəl-cinan. Və əğliq ənni fihi əbvabən-niyran. Və vəffiqni fihi litilavətil-Qur-an. Ya munziləs-səkinəti fi qulubil-mu-minin".

Tərcüməsi:

"İlahi, bu gün mənim üzümə cənnət qapılarını açıb, cəhənnəm qapılarını bağla! Bu gün məni Qur-an oxumaqda müvəffəq et! Ey möminlərin qəlbinə aramlıq bəxş edən Allah".

Allah orucunuzu və dualarınızı qəbul etsin!

Chosen
66
16
qaziler.az

10Sources