EN

Brüsseldəki "Azərbaycan Evi"ndə Beynəlxalq Qadınlar Günü qeyd olunub

Brüsseldə fəaliyyət göstərən "Azərbaycan Evi"ndə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.

Aznews.az xəbər verir ki, tədbir "BUTAM" Azərbaycan Mədəniyyət Assosiasiyası və "Azərbaycan" Evi tərəfindən təşkil olunub.

"BUTAM"ın rəhbəri Yasəmən Abbasi təşkilatın fəaliyyəti və həyata keçirilən layihələr barədə danışıb. O, həmçinin iştirakçıları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib və xaricdə yaşayan azərbaycanlı qadınların və onların ailələrinin bir araya gəlməsi üçün bu cür görüşlərin vacibliyini vurğulayıb.

İştirakçılar birgə bədii tablonun yaradılmasında iştirak ediblər. Qonaqlara həmçinin hədiyyələr təqdim olunub.

Təşkilatçıların fikrincə, bu cür görüşlər xaricdə yaşayan azərbaycanlıların birliyinə, milli dəyərlərin qorunub saxlanmasına və mədəniyyətimizin dünyada tanıdılmasına mühüm töhfə verir.

Chosen
14
1
aznews.az

2Sources