Göygöldə qəfildən yolun ortasına çıxan piyada bir maşından yayınsa da, digər avtomobil tərəfindən vurulub.
Xezerxeber.az-ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Göygöl rayonu, Üçtəpə kəndi ərazisində qeydə alınıb.
Yük avtomobilinin sürücüsü Xeyrəddin Həmzəyev magistral yolun ortasında telefonla danışan piyadanı vurmamaq üçün manevr etmək istəyərkən maşını aşırıb.
Ancaq bir neçə dəqiqə sonra həmin piyadanı başqa bir minik maşını vurub. Nəticədə ağır xəsarətlər alan 38 yaşlı Nizaməddin Ələsgərov Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Masallıda isə avtomobil daş hasara çırpılıb. Hadisə Mahmudavar kəndində baş verib.
Masallı rayon sakini 21 yaşlı Orxan Zamanov idarə etdiyi nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən idarəetməni itirib. Avtomobil yolun kənarındakı daş hasara çırpılıb. Qəza nəticəsində sürücü Orxan Zamanov hadisə yerində ölüb. Avtomobildə olan sərnişin 20 yaşlı Kənan Rufullayev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Masallı Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Faktla bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.