BƏƏ İranın Türkiyəyə ballistik raket zərbəsi cəhdini pisləyib.
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İranın Türkiyəyə ballistik raket zərbəsi endirmək cəhdini pisləyərək bunu “təhlükəli eskalasiya” adlandırıb.
Bu barədə Birləşmiş Ərəb Əmirlikləri Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, NATO-nun hava hücumundan müdafiə sistemləri raketi Türkiyə hava məkanına daxil olarkən ələ keçirərək məhv edib.
Nazirlik qeyd edib ki, bu hadisə bir həftədən az müddətdə Türkiyəyə qarşı ikinci hücum cəhdidir.
Bəyanatda hücum dövlət suverenliyinin açıq şəkildə pozulması və regional təhlükəsizliyə təhdid kimi qiymətləndirilib.
BƏƏ Xarici İşlər Nazirliyi qonşu və dost ölkələrə qarşı davam edən hücumların qəbuledilməz olduğunu bildirərək bunun bölgədə gərginliyin daha da artmasına səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.