"Mançester Siti"nin yarımmüdafiəçisi Rodri cərimələnib.
QOL.az xəbər verir ki, futbolçu İngiltərə Premyer Liqasının 24-cü turunda "Tottenhem"lə (2:2) matçdan sonra hakimi tənqid etdiyinə görə 80 min funt sterlinq (təxminən 92 min avro) məbləğində maliyyə sanksiyasına məruz qalıb. Qurum bu gün oyunçunun diskvalifikasiyadan xilas olduğunu, lakin müstəqil dinləmədə təqsirini boynuna aldığını açıqlayıb.
Xatırladaq ki, Rodri hÉ™min oyundan sonra verdiyi müsahibÉ™dÉ™ bu sözlÉ™ri deyib:Â
"Biz hÉ™ddindÉ™n artıq çox qalib gÉ™lmiÅŸik vÉ™ insanlar artıq bizim qÉ™lÉ™bÉ™mizi istÉ™mirlÉ™r. Amma hakim neytral olmalıdır. Düzünü desÉ™m, bu, mÉ™nim üçün É™dalÉ™tsizlikdir".Â
Qeyd edək ki, bu sözlər hakimin dürüstlüyünü şübhə altına aldığı üçün intizam araşdırmasına səbəb olub. Assosiasiya bildirib ki, Rodri oyundan sonrakı müsahibəsi zamanı qeyri-etik davranıb və hakimin qərəzli olduğunu eyham vuran şərhlər verib. Pul cəriməsi ilə yanaşı, ispaniyalı futbolçuya gələcəkdə bu cür davranışların yolverilməz olduğu barədə xəbərdarlıq edilib.