UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində "Qalatasaray"ın qonağı olacaq "Liverpul" ciddi itkilərlə üzləşib.
QOL.az xÉ™bÉ™r verir ki, İngiltÉ™rÉ™ tÉ™msilçisi İstanbula yollanacaq heyÉ™tini açıqlayıb vÉ™ É™sas qapıçı Alisson Bekkerin siyahıda yer almadığı mÉ™lum olub. Braziliyalı qolkiperin zÉ™dÉ™ sÉ™bÉ™bindÉ™n "sarı-qırmızılılar"a qarşı forma geyinÉ™ bilmÉ™yÉ™cÉ™yi dÉ™qiqləşib.Â
Mersisayd təmsilçisində Alissonla yanaşı, Konor Bredli, Vataru Endo, Federiko Kyeza və Aleksander İsak da İstanbul səfərinə aparılmayıb.
"Liverpul"un "Qalatasaray" matçı üçün İstanbula yollanan heyətində isə aşağıdakı futbolçular yer alıb:
Qomes, Van Dayk, Konate, Kerkez, Virts, Soboslai, Mak Allister, Salah, Cons, Qakpo, Ekitike, Mamardaşvili, Robertson, Vudman, Frimponq, Qravenberx, Nyoni, Nallo, Morrison, Nqumoxa, Misçiur.
Xatırladaq ki, "RAMS Park"da keçiriləcək "Qalatasaray" - "Liverpul" matçının start fiti martın 10-da Bakı vaxtı ilə saat 21:45-də səslənəcək.