EN

Gəncədə dərmandan zəhərlənən 38 yaşlı kişi ölüb

Gəncədən dərmandan zəhərlənən 38 yaşlı kişi ölüb.

Missiya.Az "APA"ya istinadən xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivi ərazisində qeydə alınıb.

Belə ki, 1988-ci il təvəllüdlü M. Q-ın yaşadığı evdən meyit tapılıb.

Onun hansı şəraitdə dərmandan zəhərlənməsi məlum deyil, meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Chosen
83
8
missiya.az

10Sources