EN

Türkiyə Şimali Kiprə 6 F-16 döyüş təyyarəsi və HHM sistemləri yerləşdirdi

“Bölgəmizdə baş verən son hadisələr fonunda və Şimali Kipr Türk Respublikasının təhlükəsizliyinin artırılmasına yönəlmiş mərhələli planlaşdırma çərçivəsində bu gündən etibarən Şimali Kiprə 6 ədəd F-16 döyüş təyyarəsi və hava hücumundan müdafiə sistemi yerləşdirilib”.

 

Senzor.az bildirir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı məlumatda belə deyilir.

 

Qeyd olunub ki, hadisələrə əsaslanan qiymətləndirmələrdən sonra zəruri hesab edilən əlavə tədbirlərin görülməsi davam etdiriləcək.


Chosen
65
8
senzor.az

10Sources