EN

Müctəba Xameneyiyə sədaqət andı içdilər

İran İslam Respublikasının müdafiə, hərbi, kəşfiyyat və təhlükəsizlik aparatlarının əsas strukturları yeni ali lider Ayətullah Seyid Müctəba Hüseyni Xameneyiyə sədaqət andı içiblər. 

“Cebheinfo.az”-ın məlumatına görə, bununla bağlı bəyanatlar Ayətullah Müctəba Xameneyinin Ekspertlər Şurası tərəfindən İslam İnqilabının üçüncü lideri, İran İslam Respublikasının lideri və silahlı qüvvələrin baş komandanı seçilməsindən sonra, yəni martın 8-i axşamı və martın 9-u səhər saatlarında verilib.

İranın Müdafiə Nazirliyi bu çətin günlərdə mərhum ali lider Ayətullah Seyid Əli Xameneyinin qanuni varisi kimi Ayətullah Hüseyni Müctəba Xameneyini seçdiyinə görə Ekspertlər Şurasına təşəkkür edib.

Nazirlik Müctəba Xamenyinin ali lider seçilməsini Ekspertlər Şurasının öz müqəddəs vəzifəsini yetinə yetirməsi kimi qiymətləndirib və bu münasibətlə iRan xalqını təbrik edib. 

İran  Silahlı Qüvvələrinin Baş Qərargahı və İranın ali əməliyyat komandanlığı olan “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahı yaydığı bəyanatda Ayətullah Müctəba Xameneyinin rəhbərliyi altında Silahlı Qüvvələrin əvvəlkindən daha güclü və sarsılmaz olacağına söz verib.

Ayətullah Müctəba Xameneyini hərtərəfli hüquqşünas, ağıllı siyasətçi və praktik alim, eləcə də zahid, dindar və bacarıqlı bir lider kimi təsvir edən “Xatəm əl-Ənbiya” onu “İran İslam quruluşuna rəhbərlik etmək üçün ideal seçim” adlandırıb.

İslam İnqilabı Keşikçiləri Korpusu adından yayılan bəyanatda Ayətullah Müctəba Xameneyiyə tam hörməti, sədaqəti və sarsılmaz itaəti ifadə edilib.

“Korpus İran İslam quruluşunun güclü əsgəri və dəstəkçisi kimi  liderin əmrlərini yerinə yetirmək üçün hər şeydən keçməyə hazırdır” -deyə bəyanatda deyilir.

İslam İnqilabı Keşikçiləri Korpusu Ayətullah Müctəba Xameneyinin rəhbərliyi altında ölkəni mövcud çətin şəraitdən çıxacağına, mütərəqqi və uzaqgörən liderlik sayəsində İslam respublikasının bütün maneələri dəf edəcəyinə əminliyini bildirib. 

Ali Milli Təhlükəsizlik Şurası Ayətullah Müctəba Xameneyiyə sədaqət andı içdiyini bildirən bəyanat yayıb.

Bəyanatda şuranın Ayətullah Müctəba Xameneyiyə səmimi və sarsılmaz sədaqəti, eləcə də onun bütün əmr və göstərişlərinə tabe olmağa, onları həyata keçirməyə tam hazır olduğu qeyd edilir. 

Chosen
81
cebheinfo.az

1Sources