EN

Türkiyə Milli Müdafiə Nazirliyi: İrandan atılan raket məhv edildi

Türkiyə Milli Müdafiə Nazirliyi: İrandan atılan raket məhv edildi

Türkiyə Milli Müdafiə Nazirliyi İrandan atılan və Türkiyə hava məkanına daxil olan ballistik sursatın Şərqi Aralıq dənizində yerləşdirilmiş NATO hava və raketdən müdafiə qüvvələri tərəfindən zərərsizləşdirildiyini açıqlayıb.

AFN.az xəbər verir ki, nazirlik Türkiyə hava məkanında təsirsiz hala gətirilən ballistik sursatla bağlı rəsmi bəyanat yayıb. Açıqlamada İrandan atılaraq Türkiyə sərhədlərini keçən sursatın NATO sistemləri tərəfindən havada vurulduğu bildirilib. Nazirlik qeyd edib ki, sursatın bəzi hissələri Qaziantepin boş ərazilərinə düşüb, hadisə nəticəsində can itkisi və ya yaralanma qeydə alınmayıb.

Türkiyənin mehriban qonşuluq münasibətlərinə və regional sabitliyə böyük önəm verdiyini xatırladan nazirlik, ölkə torpaqlarına yönələn hər növ təhdidə qarşı lazımi addımların qətiyyətlə və tərəddüd etmədən atılacağını vurğulayıb.

"Türkiyənin bu istiqamətdəki xəbərdarlıqlarına riayət edilməsi hər kəsin mənafeyinədir." - Milli Müdafiə Nazirliyi

Chosen
74
afn.az

1Sources