EN

Azərbaycan MN: Türkiyəyə qarşı həyata keçirilmiş raket hücumunu qətiyyətlə pisləyirik

Azərbaycan Müdafiə Nazirliyi Türkiyə Respublikasının ərazisinə qarşı raket hücumu ilə bağlı bəyanat yayıb.

Bu barədə APA-ya Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

"Türkiyə Respublikasının ərazisinə qarşı həyata keçirilmiş və Qaziantep üzərində zərərsizləşdirilmiş raket hücumunu qətiyyətlə pisləyirik. Bu cür əməllər regional sülh və təhlükəsizlik üçün ciddi təhdid yaradır və qəbuledilməzdir.
Biz qardaş Türkiyə Respublikası ilə tam həmrəyliyimizi ifadə edirik. Türkiyə hökumətinin əhalisinin və ərazisinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində səylərinə dəstək veririk.

Azərbaycan Türkiyənin yanında qətiyyətlə dayanır", - bəyanatda qeyd olunub.

Qeyd edək ki, İrandan buraxılaraq Türkiyənin hava məkanına daxil olan bir ballistik sursat Şərqi Aralıq dənizində yerləşdirilmiş NATO-nun hava və raketdən müdafiə vasitələri tərəfindən zərərsizləşdirilib.

Chosen
32
23
apa.az

10Sources