EN

Türkiyə Şimali Kiprə 6 F-16 döyüş təyyarəsi və HHM sistemləriYERLƏŞDİRDİ

“Bölgəmizdə baş verən son hadisələr fonunda və Şimali Kipr Türk Respublikasının təhlükəsizliyinin artırılmasına yönəlmiş mərhələli planlaşdırma çərçivəsində bu gündən etibarən Şimali Kiprə 6 ədəd F-16 döyüş təyyarəsi və hava hücumundan müdafiə sistemi yerləşdirilib”.

Redaktor.az xəbər verir ki, bu haqda Türkiyə Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, hadisələrə əsaslanan qiymətləndirmələrdən sonra zəruri hesab edilən əlavə tədbirlərin görülməsi davam etdiriləcək.

Chosen
95
8
redaktor.az

10Sources