EN

Dördü diplomat olmaqla 17 Azərbaycan vətəndaşı İrandan təxliyə edildi YENİLƏNİB

ain.az, Avtosfer portalına istinadən məlumat verir.

Bu gün saat 12:00-14:00 aralığında dördü diplomat olmaqla 17 Azərbaycan vətəndaşı, həmçinin beş Pakistan və dörd Çin vətəndaşı İrandan təxliyə olunub.

Avtosfer.az "Report"a istinadən xəbər verir ki, onların təxliyəsi "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə baş tutub.

***12:35

Böyük Britaniya və Almaniyanın hər birindən bir vətəndaşın İrandan Azərbaycana təxliyəsi baş tutub.

Avtosfer.az "Report"a istinadən xəbər verir ki, onların təxliyəsi martın 9-da saat 10:00-12:00 aralığında "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə baş tutub.

Bundan başqa, İranın altı vətəndaşının əks istiqamətə keçidi təmin edilib.

***

Fevralın 28-də saat 8:00-dan martın 9-da saat 07:00-dək İrandan Azərbaycana ümumilikdə 1 918 nəfər təxliyə olunub.

Avtosfer.az "Report"a istinadən xəbər verir ki, təxliyə olunanların 314 nəfəri Azərbaycan vətəndaşıdır.

Eyni zamanda, 541 Çin, 290 Rusiya, 173 Tacikistan, 123 Pakistan, 57 Oman, 44 İtaliya, 32 İndoneziya, 26 İspaniya və 26 İran, 18 Səudiyyə Ərəbistanı, 17 Yaponiya, 16 Fransa, 14 Almaniya, 13 Gürcüstan və Macarıstan, 12 Özbəkistan, 10 Bolqarıstan, Konqo Demokratik Respublikası və Nigeriya, 8 Braziliya, Böyük Britaniya və Qazaxıstan, 7 Belarus, 6 BƏƏ, Slovakiya, Kanada və Belçika, 5 Serbiya, Əfqanıstan, Çexiya, İsveçrə, Avstriya və Rumıniya, 4 Bəhreyn, İordaniya, Şri-Lanka, Ukrayna, Türkiyə, Küveyt və Banqladeş, 3 Filippin, Qətər, Meksika, Finlandiya və Xorvatiya, 2 Nepal, Livan, Yəmən, Qırğızıstan, Sudan, Hindistan, Kipr, Sloveniya və İsveç vətəndaşı, həmçinin Polşa, Avstraliya, Tunis, Cənubi Afrika Respublikası, Maldiv adaları, Myanma, Kuba, Vatikan, Argentina, Bosniya və Herseqovina, Latviya, Misir və ABŞ-nin hər birinin bir vətəndaşı Azərbaycana təxliyə olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
108
2
avtosfer.az

10Sources