EN

Türkiyə Şimali Kiprə F-16 qırıcıları yerləşdirdi: Bölgədə hərbi hərəkətlilik pik həddə

Yaxın Şərqdə genişlənən münaqişə fonunda Türkiyə Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) təhlükəsizliyini təmin etmək üçün mühüm hərbi addım atıb.

Musavat.com xəbər verir ki, martın 9-da Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 6 ədəd "F-16 Fighting Falcon" qırıcısı və müasir hava hücumundan müdafiə sistemləri adaya gətirilib.

Türkiyə Milli Müdafiə Nazirliyinin (MSB) yaydığı rəsmi bəyanatda bildirilir ki, bu addım bölgədə baş verən son hadisələr (İran-İsrail-ABŞ müharibəsi) fonunda ŞKTC-nin təhlükəsizliyinin artırılmasına yönəlmiş "kademeli planlaşdırma"nın tərkib hissəsidir. Qırıcılar adaya eniş etdikdən dərhal sonra nümayiş uçuşu həyata keçirərək bölgədəki hərbi güclərə özünəməxsus mesaj veriblər.

Qeyd edək ki, Türkiyənin bu addımı Cənubi Kiprdəki (GKRY) hərəkətlilikdən dərhal sonraya təsadüf edir:

• Ötən həftə Yunanıstana məxsus 4 ədəd "F-16V" qırıcısı Pafos hava limanına eniş edib;

• Fransa "Languedoc" freqatını və "Charles de Gaulle" aviadaşıyıcısını bölgəyə göndərib;

• İngiltərə isə Kiprdəki Akrotiri bazasını qorumaq üçün pilotsuz təyyarələrə qarşı raketlərlə təchiz olunmuş "Wildcat" helikopterlərini adaya cəlb edib.

Ankara bəyan edib ki, hadisələrin inkişafından asılı olaraq adada əlavə təhlükəsizlik tədbirləri görülə bilər. 

Musavat.com 

Chosen
67
20
musavat.com

10Sources