Bakı. Trend:
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri iləmartın 7-də və 8-də ümumi çəkisi 29,8 kiloqrama yaxın narkotikvasitə aşkar olunaraq götürülüb.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumatverilib.
Bildirilir ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləridavam etdirilir.
Eyni zamanda, martın 7-də və 8-də polis əməkdaşları paytaxt vərespublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 5 qumbara, 4alışdırıcı, 14 tüfəng, 3 patron darağı və 91 ədəd müxtəlif çaplıpatron aşkar edərək götürüblər.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuzsaxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsiistiqamətində əməliyyat və profilaktik tədbirlər davametdirilir.