EN

Afətin ərinin 8 MART HƏDİYYƏSİ gündəm oldu VİDEO

Milli.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Müğənni Afət Fərmanqızı "8 Mart - Beynəlxalq Qadınlar Günü" münasibətilə alınan qeyri-adi hədiyyə ilə gündəmə gəlib.

Milli.Az xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında paylaşdığı videoda həyat yoldaşının ona maraqlı hədiyyə aldığını bildirib. Afət qeyd edib ki, həyat yoldaşı bu dəfə ona qaz hədiyyə edib.

İfaçı aldığı hədiyyəni izləyicilərinə göstərmək üçün yaşadığı binanın həyətinə düşərək qazı gəzdirməyə çıxarıb və həmin anları videoya çəkərək paylaşıb. Qısa müddətdə yayılan görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

İzləyicilərin bir qismi bu hədiyyəni maraqlı və fərqli hesab etsə də, digərləri müğənninin paylaşımını birmənalı qarşılamayıb. Bəzi istifadəçilər belə bir hədiyyənin qeyri-adi olduğunu qeyd edərək zarafatla yanaşıblar, bəziləri isə buna tənqidi münasibət bildirib.

Sözügedən video qısa müddətdə sosial mediada sürətlə yayılaraq istifadəçilər arasında müxtəlif rəylərin yazılmasına səbəb olub.

Hüseyn

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
75
4
news.milli.az

10Sources