Misli Premyer Liqasında XXIII tur davam edir.
Offsideplus.az xəbər verir ki, turun mərkəzi qarşılaşması bu gün baş tutacaq.
"Neftçi" "Turan Tovuz"u qəbul edəcək.
Hər iki komanda avrokuboklara yollanmaq uğrunda mübarizə aparır.
"Neftçi" 31 xalla 7-ci, Tovuz təmsilçisi isə 41 xalla 3-cü yerin sahibidir.
Misli Premyer Liqası, XXIII tur
9 mart (bazar ertəsi)
20:30 “Neftçi” – “Turan Tovuz”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə
VAR: Elçin Məsiyev
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Palms Sports Arena”