EN

iPhone da şəkillərin keyfiyyətini yaxşılaşdıran gizli funksiya tapılıb

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

"iPhone" kameraları yüksəkkeyfiyyətli olsa da, bəzən avtomatik fokus sistemi səhv obyektə yönələ bilər və nəticədə əsas obyekt bir qədər bulanıq görünür.

Oxu.Az xəbər verir ki, "SuperCarBlondie" portalı bu telefonlardakı çox maraqlı bir məqama diqqət çəkib.

Mütəxəssislər bildirirlər ki, "iOS" əməliyyat sistemində bu problemi aradan qaldırmağa kömək edən "AE/AF Lock" adlı funksiya var. Bu funksiya avtomatik fokus və ekspozisiyanı seçilən nöqtədə sabitləyir və fotoşəkillərin daha kəskin alınmasına kömək edir.

Funksiyanı aktivləşdirmək üçün kamera tətbiqində fokuslanmasını istədiyiniz nöqtəyə toxunub barmağı 1-2 saniyə saxlamaq kifayətdir. Bundan sonra kamera seçilən nöqtədə fokus və işıqlandırmanı dəyişmədən saxlayır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
116
oxu.az

1Sources