EN

Trampdan İrana iki sensasion mesaj: “Yeni lider bizim razılığımız olmadan çox qalmaz”

ABŞ prezidenti Donald Tramp İranla bağlı sərt və diqqətçəkən açıqlama verib.

Musavat.com xəbər verir ki, o, ABC News telekanalına müsahibəsində bildirib ki, İranda seçiləcək yeni ali lider ABŞ-nin mövqeyini nəzərə almadan hakimiyyətdə uzun müddət qala bilməz.

“O, bizdən təsdiq almalı olacaq. Əks halda çox davam gətirə bilməz”, – deyə Tramp bildirib.

ABŞ prezidenti eyni zamanda İranın nüvə proqramı ilə bağlı mümkün addımlar barədə də danışıb.

Tramp qeyd edib ki, Vaşinqton İranda zənginləşdirilmiş uranın ələ keçirilməsi üçün xüsusi təyinatlı qüvvələrin göndərilməsi ehtimalını da istisna etmir.

“Bütün variantlar nəzərdən keçirilir. Hamısı”, – deyə ABŞ lideri vurğulayıb.

 

Musavat.com

Chosen
81
50
musavat.com

10Sources