EN

Messinin ABŞ-da illik qazancı bəlli oldu

2023-cü ildən bu yana karyerasını ABŞ-də davam etdirən və ''İnter Mayami''nin şərəfini qoruyan Lionel Messinin illik qazancı ilə bağlı məlumat var.

"Football-plus.az" xəbər verir ki, bu məlumatı ''İnter Mayami''nin şəriklərindən biri olan Xorxe Mas ''Bloomberg'' nəşrinə açıqlamasında ictimaiyyətlə bölüşüb.

Amerikalı iş adamı komandanın sponsorluq anlaşmaları və əlavə gəlirlərini ən yüksək səviyyəyə çatdırmaq məcburiyyətində olduqlarını bildirib. O, bunu heyətdəki futbolçuların hədsiz dərəcədə baha olması ilə əlaqələndirib. Mas argentinalı superulduzun maaşı haqda danışarkən bunları deyib:

''Messinin bütün ödəmələrini vaxtında edirik. Düzdü, ona ödədiyimiz pulların hər qəpiyinə layiqdi. Ancaq yenə də bu məbləğ 70-80 milyon dollar arasında dəyişir! Bu pulun içinə hər şey daxildi''.

Əslində MLS-in Oyunçular Birliyi tərəfindən açıqlanan rəsmi rəqəmlərdə Messinin illik maaşı 12 milyon dollar qeyd olunub. Belə çıxır ki, qalan məbləğ reklam və sponsorluqlardan əldə olunan pullardı. O, açıq-ara fərqlə Amerikada ən çox qazanan futbolçudu.

Xatırladaq ki, ''İnter Mayami''nin ötən mövsüm qazandığı tarixinin ilk çempionluğunda mühüm rol oynayan Messi oktyabrda klubla 2028-in dekabrın 31-nə qədər nəzərdə tutulan yeni müqavilə imzalamışdı.
Chosen
119
football-plus.az

1Sources