EN

Fransa prezidenti Azərbaycan dilində paylaşım edib

Xəbər verdiyimiz kimi, bu gün Fransa prezidenti Emmanuel Makron Prezident İlham Əliyevə zəng vurub.

NOCOMMENT.az xəbər verir ki, Fransa prezidenti bununla bağlı “X” hesabında Azərbaycan dilində paylaşım edib.

O, paylaşımında Fransa vətəndaşlarının təxliyəsini asanlaşdırmaq üçün ölkəmizin göstərdiyi yardıma görə Azərbaycana təşəkkür edib.

“Bölgə rəhbərləri ilə apardığım məsləhətləşmələr çərçivəsində Prezident İlham Əliyevlə söhbət etdim və ölkəsinə yönəlmiş İran zərbələrindən sonra ona dəstəyimizi və həmrəyliyimizi ifadə etdim. Bu fürsətdən istifadə edərək, Ermənistan ilə Azərbaycan arasında sülh prosesinə dəstəyimizi və Bakı ilə ikitərəfli dialoqumuzu daha möhkəm əsaslar üzərində davam etdirmək istəyimizi bir daha vurğuladım”, – Makron əlavə edib. /APA /

Chosen
107
11
nocomment.az

10Sources