EN

Kreml: “Beynəlxalq hüquq faktiki olaraq artıq mövcud deyil”

Kreml: “Beynəlxalq hüquq faktiki olaraq artıq mövcud deyil”

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, beynəlxalq hüquq praktikada artıq fəaliyyət göstərmir.

Bizim.Media xəbər verir ki, o, bu barədə rusiyalı jurnalist Pavel Zarubinə verdiyi müsahibədə danışıb.

Peskovun sözlərinə görə, hazırkı vəziyyətdə dövlətləri beynəlxalq hüququn norma və prinsiplərinə əməl etməyə çağırmaq çətinləşib.
 

“Düzünü desəm, indi kimisə beynəlxalq hüququn norma və prinsiplərinə əməl etməyə çağırmağın necə mümkün olduğunu belə anlamıram. O, faktiki olaraq artıq mövcud deyil. De-yure mövcuddur, amma de-fakto artıq yoxdur”, – deyə Kreml sözçüsü bildirib.


O, həmçinin bəşəriyyətin hazırda hansı dünyada yaşadığı və bu sistemin davamlı olub-olmadığı ilə bağlı suala da münasibət bildirib.

Peskov qeyd edib ki, tarix boyu daha ağır və mürəkkəb hadisələr yaşanıb.

“Bəşəriyyət tarixində bundan da ağır hadisələr baş verib. Biz o dövrlərdə yaşamamışıq, buna görə də bizə elə gəlir ki, indi dünyanın sonudur”, – deyə o əlavə edib.

Bizim.Media

Chosen
86
1
bizim.media

10Sources