EN

Aşağı liqa təmsilçilərinə uduzaraq kubokla vidalaşdılar

style='margin-bottom:10px;'>

İngiltərə Kubokunda gözlənilməz nəticələr qeydə alınıb. Premyer Liqa təmsilçiləri olan "Fulhem" və "Sanderlend" özlərindən aşağı divizionda çıxış edən rəqiblərinə uduzaraq turnirlə vidalaşıblar.

QOL.az xəbər verir ki, bazar gününün ilk matçında "Fulhem" öz meydanında Çempionşip təmsilçisi "Sauthempton"a 0:1 hesabı ilə məğlub olub. Görüşün taleyini əlavə vaxtda Ross Stüartın penaltidən vurduğu yeganə qol həll edib.

Günün digər sürpriz nəticəsinə isə "Port Veyl" imza atıb. Birinci Liqa təmsilçisi doğma divarlar arasında "Sanderlend"i 1:0 hesabı ilə üstələyib. Meydan sahiblərinə qələbə qazandıran qolu birinci hissədə Ben Ueyn vurub.

Beləliklə, "Sauthempton" və "Port Veyl" 1/4 finala yüksələrək "Liverpul", "Arsenal", "Çelsi" və "Mançester Siti"nin olduğu qrupa daxil olublar. Bu mərhələnin püşkatma mərasimi bazar ertəsi axşam keçiriləcək.

Chosen
83
2
teleqraf.com

3Sources