EN

İsrail ordusu SEPAH ın Kosmik Qüvvələrinin qərargahına hücum etdiyini açıqlayıb

ain.az bildirir, Moderator.az portalına istinadən.

İsrail Müdafiə Ordusu (SAXAL) Tehrana endirilən növbəti zərbələr dalğası zamanı İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Kosmik Qüvvələrinin qərargahına və sursat saxlanılan 50 bunkərə hücum edib.

Moderator.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə İsrail ordusunun mətbuat xidmətinin açıqlamasında bildirilir.

"İsrail Müdafiə Ordusu Tehrana qarşı növbəti zərbələr dalğasını başa çatdırıb. Zərbələr SEPAH-ın Kosmik Qüvvələrinin qərargahına və 50 sursat bunkerinə endirilib. Kosmik Qüvvələrin qərargahı İran rejiminin silahlı qüvvələri ilə əlaqəli İran Kosmik Agentliyi üçün qəbul, ötürmə və tədqiqat mərkəzi kimi xidmət edirdi. Obyektdə tədqiqat mərkəzləri, həmçinin 2022-ci ilin avqustunda orbitə buraxılmış və SEPAH tərəfindən İsrail dövlətini və onun sakinlərini izləmək üçün istifadə olunan peykin idarəetmə strukturu yerləşirdi", - məlumatda deyilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
101
1
moderator.az

2Sources