EN

Balasanyan əvvəlcə Ermənistanı tənqid etdi: ardınca proqnoz verdi

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Dünyada artıq qlobal müharibə başlayıb, lakin Ermənistan hakimiyyəti və müxalifəti bu şəraitdə seçki kampaniyası aparmağa hazırlaşır”. 

Globalinfo.az xəbər verir ki, bunu separatçı-terrorçu dəstənin sabiq “təhlükəsizlik şurası katibi”, mülki azərbaycanlıların qatili Vitali Balasanyan deyib. 

“Bu insanlar sanki bizim ölkədən deyillər. Ayıbdır! Regionda vəziyyət son dərəcə ağır olduğu üçün Ermənistanda seçkilərin keçiriləcəyinə ciddi şübhə edirəm. Yaxın vaxtlarda dünyanın siyasi və coğrafi xəritəsi dəyişəcək və yeni dünya düzəni formalaşacaq.

Bizim siyasətimiz cənuba yönəlməli, İranla münasibətlər yaxşı saxlanılmalıdır. Ermənistan təxminən 100 il əvvəl mövcud olmuş Sovet İttifaqı kimi bir ittifaqın tərkibində olmalıdır”, – deyə qeyd edib.

Safura Bənnayeva

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
121
globalinfo.az

1Sources