EN

“Volfsburq” baş məşqçi ilə yollarını ayırdı

Almaniyanın “Volfsburq” klubu baş məşqçisi ilə yollarını ayırıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanın baş məşqçisi vəzifəsini tutan 43 yaşlı mütəxəssis Daniel Bauer postundan ayrılıb. O, komandaya 2025-ci ilin noyabr ayından rəhbərlik edirdi.

Qərarın verilməsinə komandanın Almaniya çempionatında uğursuz çıxışı səbəb olub. Belə ki, Bundesliga turnirində 25 turdan sonra “Volfsburq”un hesabında cəmi 20 xal var və komanda turnir cədvəlində sondan əvvəlki – 17-ci pillədə qərarlaşıb.

“Canavarlar” ölkə çempionatında növbəti oyununu səfərdə "Hoffenhaym" komandasına qarşı keçirəcək. Qarşılaşma martın 14-də baş tutacaq. Oyunun start fiti Bakı vaxtı ilə saat 18:30-da səslənəcək.

Chosen
93
90deqiqe.az

1Sources