EN

Lavrov Putinin təklifini xatırlatdı: Artıq vaxtıdır dedi

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Rusiya Prezidenti Vladimir Putinin BMT Təhlükəsizlik Şurasının beş üzvünün zirvə toplantısını çağırmaq ideyasını həyata keçirmək üçün indi ən yaxşı zamandır”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalist Pavel Zarubinlə söhbəti zamanı bildirib.

Lavrov xatırladıb ki, dövlət başçısı BMT Təhlükəsizlik Şurasının zirvə toplantısının çağırılmasını bir müddət əvvəl, hətta koronavirus pandemiyasından əvvəl təklif etmişdi:

“Düşünürəm ki, indi belə bir ideyanı həyata keçirməyin vaxtıdır”.

Qeyd edək ki, söhbət Rusiya, Çin , ABŞ , Fransa və Birləşmiş Krallığın iştirak etdiyi P5 sammitindən gedir.

Nümayəndələrin son görüşü 2024-cü ilin dekabr ayında Dubayda baş tutub.

Əliyar Xəlil

Globalinfo.az 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
99
globalinfo.az

1Sources