EN

“Sarı Gəlin” sərgisi uşaqların yaradıcılığına dəstək oldu » AzadMedia.az


“ASahad-Art” Rəssamlıq və Sənət Mərkəzinin təşkilatçılığı ilə “Sarı Gəlin” adlı rəsm sərgisi keçirilib. Mərkəzin bədii rəhbəri, pedaqoq və Yaşam Kouçu Ayiba Sahad qızının təşəbbüsü ilə təşkil olunan sərginin açılışı mart ayının 7-də baş tutub və sərgi martın 8–9-na qədər davam edəcək.
Sərginin əsas məqsədi uşaqlarda rəssamlıq sənətinə marağın artırılması, estetik zövqün formalaşdırılması və gələcəkdə sənət sahəsində peşə seçiminə dəstək göstərməkdir. Eyni zamanda sərgi satış xarakteri daşıyaraq gənc rəssamların yaradıcılığının daha geniş auditoriyaya təqdim olunmasına imkan yaradır.
Tədbirdə qonaq qismində rəssam, aktivist, Rəssamlar İttifaqının və Rəssamlar Assosiasiyasının üzvü Əmrah Mədətov iştirak edib. O, gənc rəssamların işləri ilə tanış olub, onların yaradıcılığını yüksək qiymətləndirərək belə tədbirlərin uşaqların inkişafında mühüm rol oynadığını vurğulayıb.
Sərgi çərçivəsində fərqlənən iştirakçılara diplomlar təqdim olunub. Diplom alan uşaqların siyahısını təqdim edirik:
Mələk Abbaszadə
Mələk Bayramlı
Səma Əliyeva
Aygün Novruzlu
Mələk İmanova
Kübra Cəfərli
Fatimə İsmayıllı
Nihal Xəlilova
Nuray Qarayeva
Nuray Mehdizadə
Səkinə Nəbi
Şəfa Həsənli
Zəhra Teymurova
Vəfa İbrahimova
Aysun Quliyeva
Həsən Rzayev
ƏbdülMətin Musazadə
Ömər Məmmədov
Qərib Aydəmirov
Zahir Muradov
“Sarı Gəlin” sərgisi uşaqların yaradıcılıq potensialını üzə çıxarmaq, onların sənətə olan sevgisini gücləndirmək və gənc istedadların tanıdılması baxımından əhəmiyyətli tədbir kimi yadda qalıb.
Chosen
105
1
azadmedia.az

2Sources