Naxçıvanın yüksək dağlıq ərazilərində qar örtüyünün hündürlüyü 107 sm-ə çatıb.
Bu barədə informasiyanı Naxçıvan Muxtar Respublikaısnın Ekologiya və Təbii Sərvətlər Nazirliyi yayıb.
Â
Qeyd olunub ki, Kükü kəndinə yeni yağan qarın hündürlüyü 20 sm, ümumi qar örtüyünün qalınlığı isə 66 sm təşkil edir.
Həmçinin Parağaçay Qar Uçqunu Stansiyasında qarın hündürlüyü 1 sm, Kəngərlidə 5 sm, Şərur rayonunun Axura kəndində 7sm, 3000 m yüksəklikdə isə 107 sm qeydə alınıb.