EN

Brandt "Borussiya Dortmund"dan ayrılmağa qərar verdi - SON DURUM

"Borussiya Dortmund"un yarımmüdafiəçisi Yulian Brandt mövsümün sonunda klubdan azad agent kimi ayrılacaq.

Fanat.Az xəbər verir ki, bu barədə klubun idman direktoru Lars Riken "Sky Deutschland"-a açıqlamada bildirib. 

Almaniya nəhəngi 29 yaşlı yarımmüdafiəçi ilə 2026-cı ilin yayında başa çatacaq müqavilənin uzadılması ilə bağlı razılaşa bilməyib. Brandtın karyerasının növbəti mərhələsi ilə bağlı qərarın yaxın aylarda verilməsi gözlənilir.

Qeyd esək ki, Brandt 2019-cu ildən "Borussiya"nın formasını geyinir. 

Chosen
64
1
fanat.az

2Sources