EN

Mançester Yunayted 50 milyon avroluq yarımmüdafiəçi ilə maraqlanır

sport24.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Mançester Yunayted" Fil Dişi Sahili və "Nottinqem Forest"in yarımmüdafiəçisi İbrahima Sanqare ilə maraqlanır. Sport24.az xəbər verir ki, bu barədə "Caught Offside" portalı məlumat yay

Mənbənin məlumatına görə, "Nottingem Forest" 2023-cü ildə 35 milyon avroya aldığı futbolçunu daha yüksək məbləğ qarşılığında satmağa razıdır. Klub 28 yaşlı futbolçu üçün 45-50 milyon avro istəyir.

Qeyd edək ki, Sanqare bu mövsüm bütün turnirlərdə 32 oyunda meydana çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. Sanqare Fil Dişi Sahili millisi ilə 2024-cü il Afrika Millətlər Kubokunu qazanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
58
sport24.az

1Sources