Türkiyənin Antalya şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa Kubokuna start verilib.
"Football-plus.az" xəbər verir ki, ilk yarış günündə millimizin bir üzvü fəxri kürsüyə qalxıb.
- 48 kq çəki dərəcəsində tatamiyə çıxan Könül Eyvazlı üçüncü yeri tutub. O, həlledici görüşdə Türkiyə təmsilçisi Büşra Ceylin Çoşkuna qalib gələrək bürünc medala layiq görülüb.
Turnirdə 21 ölkədən 550 cüdoçu qüvvəsini sınayır.