EN

Hava dəyişir: Qar və şaxta olacaq

Bayram və istirahət günlərində ölkə ərazisində hava şəraitinin dəyişəcəyi gözlənilir.

Doğru.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, martın 7-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, gündüz bəzi yerlərdə arabir yağış yağacağı ehtimal edilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 3–6, gündüz 7–9 dərəcə isti təşkil edəcək.

Martın 8-də də hava dəyişkən buludlu olacaq, gecə və səhər bəzi yerlərdə yağıntı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Temperatur gecə 3–5, gündüz 6–9 dərəcə isti olacaq.

Martın 9-da isə əsasən yağmursuz hava gözlənilsə də, gecə və səhər bəzi ərazilərdə qısamüddətli yağıntı ola bilər. Gün ərzində küləyin istiqaməti dəyişəcək. Temperatur gecə 3–5, gündüz 7–10 dərəcə isti olacaq.

Məlumata görə, Naxçıvan, Qarabağ və dağlıq rayonlarda martın 7-9-da arabir yağıntılı hava şəraiti müşahidə olunacaq, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı ərazilərdə yağıntıların intensivləşəcəyi, duman olacağı və küləyin arabir güclənəcəyi ehtimal olunur.

Sinoptiklərin proqnozuna əsasən, dağlıq ərazilərdə gecə saatlarında temperaturun 10-15 dərəcəyədək şaxta təşkil edəcəyi bildirilir.

DOĞRU.AZ 

Chosen
3
1
dogru.az

2Sources