EN

Misli Premyer Liqasında XXIII turun daha iki oyunu bu gün keçiriləcək

Bu gün Misli Premyer Liqasının XXIII turu çərçivəsində daha iki qarşılaşma baş tutacaq.

Day.Az Trend-ə istinadən bildirir ki, günün ilk oyununda Şamaxı doğma meydanda İmişlini qəbul edəcək. Şamaxı şəhər stadionunda keçiriləcək görüş saat 15:00-da başlayacaq.

Turun digər matçında isə Qarabağ öz meydanında Araz-Naxçıvanla üz-üzə gələcək. Saat 19:15-də start götürəcək qarşılaşma Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq.

Hazırda turnir cədvəlində "Qarabağ" 46 xalla ikinci pillədə qərarlaşıb. "Araz-Naxçıvan" 33 xalla beşinci sıradadır. "Şamaxı" 26 xalla səkkizinci, 21 xala malik "İmişli" isə doqquzuncu pillədə yer alır.

15:00. "Şamaxı" - "İmişli"
19:15. "Qarabağ" - "Araz-Naxçıvan"

Chosen
38
1
day.az

2Sources