EN

Qadınlar sülh masasından böyük ölçüdə kənarda qalır - Quterreş

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş 8 Mart beynəlxalq qadınlar günü münasibəti ilə məqalə hazırlayıb.

Aznews.az həmin məqaləni təqdim edir:

Birləşmiş Millətlər Təşkilatına rəhbərlik etdiyim on ilə yaxın müddət ərzində dünyamızın iqlim şokları, dərinləşən yoxsulluq, amansız münaqişələr və vətəndaş cəmiyyətinin getdikcə məhdudlaşan fəaliyyət imkanları nəticəsində dəfələrlə sınağa çəkildiyinin şahidi olmuşam.

Lakin mən, həmçinin bir çox həll yollarının bəhrə verdiyini də müşahidə etmişəm və hamısını birləşdirən bir ortaq məxrəc var: qadınlar.

Dünyanın Beynəlxalq Qadınlar Gününü qeyd etdiyi bir vaxtda, gender bərabərsizliyinin dövrümüzün ən böyük insan hüquqları çağırışı olduğunu, bərabərliyin təmin edilməsinin isə dayanıqlı inkişafın və sülhün ən güclü təkanverici qüvvələrindən biri olduğunu qəbul etməyin vaxtıdır.

Qadın hüquqlarının gücləndirilməsi və konkret nəticələrin əldə olunması üçün öz şəxsi təcrübəmə əsaslanaraq və BMT sisteminin fəaliyyətindən və dünyanın müxtəlif yerlərindəki vətəndaş cəmiyyəti hərəkatlarından ilhamlanaraq müəyyən etdiyim 8 addımı təqdim edirəm.

1. Səlahiyyət bölgüsündəki bərabərsizliyi aradan qaldırmaq

Gender bərabərliyi səlahiyyət məsələsidir. Lakin dünyamızı hələ də kişilərin üstünlük təşkil etdiyi təsisatlar formalaşdırır. Artan birmərkəzli güclər dalğası bu bərabərsizlikləri daha da dərinləşdirir, ədalətli əmək təcrübələrindən tutmuş reproduktiv hüquqlara qədər çətinliklə əldə edilmiş təminatları zəiflədir, qadınların inkişafına mane olan irqi və gender əsaslı qərəzləri daha da ddərinləşdirir. Gender bərabərliyi cəmiyyətləri irəli aparır. Səlahiyyət bölüşdürüldükdə, azadlıqlar daha da genişlənir.

2. Pariteti prioritetə çevirmək

Bütün dünyada qadınlar hökumətlərdə və idarə heyətlərində kəskin dərəcədə az təmsil olunurlar. Birləşmiş Millətlər Təşkilatında biz, rəhbərliyin yuxarı pillələrindən başlayaraq, gender paritetini prioritetə çevirməyi hədəflədik. Biz buna standartları aşağı salmaqla deyil, ixtisaslı namizədlərin axtarış dairəsini genişləndirməklə nail olduq. Nəticədə, təkmilləşdirilmiş iş mühiti mədəniyyəti və daha inklüziv qərar qəbulu prosesləri ilə BMT hazırda daha güclüdür. Dərs aydındır: təsisatlar bərabərliyi seçdikdə, konkret nəticələr də əldə olunur.

3. Ən yüksək gəlirli investisiyaya üstünlük vermək

Qadınlara yönəldilən investisiyalar misilsiz səmərə verir. Qızların təhsilinə xərclənən hər bir dollar təxminən üçqat qazanc gətirir, həmçinin ana sağlamlığı və ailə planlaşdırılmasına ayrılan vəsaitlər səkkiz dəfədən çox fayda yaradır. Uşaqlara və ahıllara qayğı kimi ailələri dəstəkləyən siyasətlər icmaları gücləndirir və daha böyük artım üçün yeni imkanlar açır. Bütün bunları nəzərə aldıqda, bu cür addımlar gender fərqlərinin aradan qaldırılması üçün təməl yaradır və bu, milli gəliri 20%-ə qədər artıra bilər.

4. Sülh masasında qadınlara yer ayırmaq

Sülh sazişlərinin müzakirəsi və icrasında qadınlar iştirak etdikdə, bu razılaşmalar daha davamlı olur. Lakin Qəzza, Ukrayna və Sudan da daxil olmaqla, bir çox münaqişələrdə, müharibənin ən ağır yükünü daşımalarına baxmayaraq, qadınlar qərar qəbulu proseslərindən böyük ölçüdə kənarda qalırlar. Qeyri-sabitliyin artdığı bir dövrdə inklüzivlik sadəcə rəmzi xarakter daşımır, o həm də parçalanmış dünyamızda sabitliyin bərpasına gedən ən qısa yoldur.

Chosen
82
5
aznews.az

6Sources