EN

Həftədə yarım kilodan artıq kolbasa sosis yemək olmaz!

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

Həftəlik 500 qramdan artıq kolbasa, sosiska və ya vetçina istehlak etmək kolorektal xərçəng riskini əhəmiyyətli dərəcədə artırır.Demokrat.az-ın məlumatına görə bu sözləri rusiyalı qastroenteroloq Natalya Motılova ultra-emal olunmuş qidaların orqanizmə vurduğu zərər barədə danışarkən deyib."Bağırsaqlar üçün ən təhlükəli qidalar emal edilmiş məhsullardır. Həftəlik 500 qramdan artıq kolbasa, sosiska və ya vetçina istehlak etmək kolorektal xərçəng riskini əhəmiyyətli dərəcədə artırır. Bu cür məhsulların tərkibindəki süni qatqılar, emulqatorlar və şəkər əvəzediciləri bağırsaq mikroflorasına mənfi təsir göstərərək immunitetin zəifləməsinə yol açır.

Fastfood, çipslər və şəkərli qazlı içkilər də həzm prosesini pozaraq bağırsaqlarda iltihabi xəstəliklərə şərait yaradır. Yüksək duz və şəkər tərkibli bu məhsullar köp, ağrı və peristaltikanın pozulması kimi problemləri qaçılmaz edir".Azərbaycanda da dietoloq və qastroenteroloqlar eyni tövsiyələri verirlər. Xüsusilə şəhər həyatının sürətli ritmi, hazır qida və sosiska, kolbasa kimi məhsulların geniş istifadəsi bağırsaq sağlamlığı üçün risk yaradır. Həkimlər bildirir ki, həftəlik istehlakı 500 qramı keçməmək, tərkibində süni qatqı və konservantlar olan məhsullardan uzaq durmaq, tərəvəz və liflə zəngin qidaları artırmaq bağırsaq xəstəliklərinin qarşısını almaqda ən təsirli üsuldur.İsmayıl

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
118
demokrat.az

1Sources