EN

SEPAH-dan Azərbaycana təhdid

SEPAH Azərbaycana böhtan ataraq hədələyib.

İran Dövlət Televiziyasının teleqram kanalında yerləşdirilən məlumatda “Xatəmül-Ənbiya” qərargahının sözçüsündən sitat verilib:

“İran İslam Respublikasının Silahlı Qüvvələri bölgədəki amerikalı və sionist təcavüzkarlarla genişmiqyaslı döyüşlərdə iştirak etməsinə baxmayaraq, hərtərəfli səylərlə dost, qonşu və müsəlman ölkələrinin milli təhlükəsizliyinə və mənafelərinə heç bir zərər gəlməməsinə çalışıb.

İranın qonşusu olan Azərbaycan Respublikasına bir müsəlman ölkəsi olaraq elan edirik ki, bölgədə qeyri-sabitliyin genişlənməsinin qarşısını almaq üçün sionistləri bu ölkədən çıxarsınlar və öz xalqının, eləcə də İranın təhlükəsizliyini təhlükəyə atmasınlar”, - açıqlamada deyilir.

 

Chosen
17
12
herbiand.az

10Sources