EN

Naxçıvan vuruldu, Bakı dərhal hərəkətə keçdi İranla bağlı ssenari təkrarlanır

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Xəbər verdiyimiz kimi, Azərbaycanın Tehrandakı səfirliyinin, eyni zamanda Təbrizdəki Baş Konsulluğunun əməkdaşlarının təxliyəsi baş tutub.

Analitiklərin fikrincə, rəsmi Bakı bu addımı əməkdaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə atıb. Lakin qərarın əsas səbəbi regionda yaranmış ümumi gərginlikdən daha çox, İranın birbaşa Azərbaycan ərazisini hədəf almasıdır.

Globalinfo.az-a danışan politoloq Zeynal Əmirəliyev bildirib ki, Azərbaycan dövlət siyasətinin mərkəzində vətəndaşlarının təhlükəsizliyi dayanır:

“Dövlətimiz həm ictimai asayişin qorunmasını, həm də diplomatik korpus nümayəndələrinin təhlükəli situasiyalarda ölkəyə gətirilməsini təmin etməsinin dəfələrlə şahidi olmuşuq.

Zeynal Əmrəliyev

İranda da analoji hadisələrin baş verməsi, həmçinin ölkə daxilində anti-Azərbaycan ritorikasının yenidən yüksəlməsi rəsmi Bakını belə qərar verməyə vadar edib. Naxçıvana dron hücumundan sonra Azərbaycan İrandan hər şeyi gözləyir. Nəzərə alaq ki, bu hadisələr baş verməzdən əvvəl, yəni regionda sabitliyin hökm sürdüyü dövrdə belə Tehranda yerləşən səfirliyimizə qarşı terror aktı törədilmişdi.

Fikrimcə, təhlükəsizliklə bağlı belə bir addımın atılması zəruri idi. Qeyd edim ki, digər ölkələrin də səfirlik və konsulluq əməkdaşları Azərbaycana təxliyə edilir. Deməli, burada müəyyən ortaq yanaşma mövcuddur”.

Turan Rzayev

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
39
globalinfo.az

1Sources