EN

İran İraqdakı ABŞ hərbi bazasına hücum etdi

İrana məxsus PUA ABŞ-ın İraqın Ərbil şəhərindəki hava limanı yaxınlığında yerləşən hərbi bazasına hücum etməyə cəhd göstərib.

Publika.az xəbər verir ki, bu barədə "Shafaq News" video paylaşıb.

Qeyd edilib ki, pilotsuz uçuş aparatı HHM qüvvələri tərəfindən vurulub.

Bundan əvvəl İran silahlı qüvvələri yenidən Fars körfəzi ölkələrinə zərbələr endirib. Hücum İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın qonşu dövlətlərə hücum etməmək barədə verdiyi vəddən səkkiz saat sonra baş verib. "Associated Press"in fikrincə, bu, onun səlahiyyətlərinin məhdud olduğunu göstərir: belə ki, prezidentin səlahiyyətləri ballistik raketlərə nəzarət edən İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) şamil edilmir. SEPAH İsrailin hava zərbələri nəticəsində həlak olmuş ayətullah Əli Xameneiyə tabe idi və görünür, indi hədəfləri müstəqil şəkildə seçir. Hücum nəticəsində Dubayda "23-Marina" göydələni alovlanıb. PUA qalıqlarının düşməsi bir nəfərin ağır xəsarətlər almasına səbəb olub.

Chosen
55
publika.az

1Sources