EN

ABŞ İrana zərbələr üçün İngiltərəyə B-1 bombardmançıları göndərdi

BAKI, 8 mart. TELEQRAF

ABŞ Hərbi Hava Qüvvələrinin dörd strateji "B-1 Lancer" bombardmançısı İngiltərənin cənub-qərbindəki Fairford aviabazasına İrana qarşı yeni zərbələr hazırlığı çərçivəsində göndərilib.

Teleqraf xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, ilk bombardmançı 6 martda Böyük Britaniya bazasına çatıb, digər üç təyyarə isə 7 martda ön mövqeyə gətirilib. Böyük Britaniya Müdafiə Nazirliyi B-1 bombardmançılarının ölkəyə çatdığını təsdiqləyib.

Hərbi nazirlik bildirib ki, ABŞ regionda İranın raket buraxışlarının qarşısını almaq üçün konkret müdafiə əməliyyatlarında britaniyalı bazalardan istifadə etməyə başlayıb, bu əməliyyatlar Britaniya vətəndaşlarının həyatını risk altında qoyan raket təhdidlərini əhatə edir.

Qeyd olunur ki, ABŞ tərəfi Fairford bazasından İrana zərbələr üçün döyüş uçuşlarına yaxın günlərdə başlayacaq.

Chosen
58
teleqraf.com

1Sources