ain.az xəbər verir, Sia Az saytına əsaslanaraq.
Diplomatik korpusun təxliyəsi ilə bağlı Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Əli Əlizadə SİA-ya açıqlama verib.
Səfir bildirib ki, verilmiş tapşırığa müvafiq olaraq Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinin heyətinin əksəriyyəti artıq İrandan təxliyyə edilib və hazırda ölkəmizdədirlər: “Qalan bir neçə əməkdaşın da təxliyyəsi həyata keçiriləcəkdir. Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğunun heyəti isə tam təxliyyə olunub”.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.