İtaliya A Seriyasının 28-ci turu çərçivəsində növbəti oyun keçirilib.
90deqiqe.Az xəbər verir ki, “Yuventus” doğma meydanda “Piza” ilə qarşılaşıb.
Turin şəhərində yerləşən “Alyans” stadionunda baş tutan görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçda hesab ikinci hissədə açılıb. Oyunun 54-cü dəqiqəsində Turin təmsilçisinin müdafiəçisi Andrea Kambyazo fərqlənərək komandasını önə keçirib.
65-ci dəqiqədə yarımmüdafiəçi Kefren Tyuram “Yuventus”un üstünlüyünü artırıb. 75-ci dəqiqədə hücumçu Kenan Yıldız üçüncü qolu vuraraq hesabı darmadağına çevirib.
Görüşün əsas vaxtına əlavə olunmuş dəqiqələrdə – 90+4-cü dəqiqədə Jeremi Boqa fərqlənərək matçın yekun hesabını müəyyənləşdirib – 4:0.
Bu nəticədən sonra “Piza” 28 oyundan sonra topladığı 15 xalla turnir cədvəlinin sonuncu – 20-ci pilləsində qərarlaşıb. “Yuventus” isə 50 xalla altıncı sırada yer alır.